• BIST 1.967,60
  • Altın 787.31029
  • Dolar 13.6085
  • Euro 15.2469
  • İstanbul 3 °C
  • Ankara -5 °C

TAHSİLDEKİ PROBLEMLER

GÜNEL QURBANOVA

Təhsildəki Problemlər

Mövcud dövrümüzdə təhsilin irəli aparılmasında əsaslı islahatlar həyata keçirilsə də bütöv inkişafa nail olmaq hələki mümkün olmamışdır.

Təhsil sahəsindəki ən böyük problemlərdən biri də budur ki, ilk peşə-ixtisas təhsil müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür .Son zamanlarda ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 - 12 faizinin öz peşəsini seçib qalması müşahidə olunur ki,bu da çox aşağı haldır.

Digər problemlərdən biri də kənd yerlərində müəllim çatışmazlığıdır . Ali təhsil müəssisələrini bitirən müəllimlərin bir çoxu şəhər məktəblərində qalıb dərs deməyi üstün tutur .Və bu da nəticə etibarı ilə kənd yerlərində müəllim çatışmazlığına gətirib çıxarır. Ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı abituriyentlərin düzgün ixtisas seçməməsi , valideynlər tərəfindən məcburi yönləndirilmə və ya yalnız ödənişsiz əsaslarla oxuma istəyi , gələcəkdə öz ixtisasını sevməyən və sevmədiyi üçün peşəsini layiqincə yerinə yetirməyən " peşəkarların" formalaşmasına gətirib çıxarır.Bu da təhsildə silinməz, dərin izlər yaradır. Təhsilin keyfiyyətinin aşağı olmasına gətirib çıxarır.Bunu unutmayaq ki, bir həkim insanı öldürüb məhv edirsə, bir müəllim bir insanı məhv etməklə bir nəsli kor edir.

Digər problemlərdən biri də budur ki, bəzi müəllimlərin " müəllimlərin əlavə qazanc mənbəyi axtarmasıdır", problemin həlli üçün əməkhaqlarının yüksəldilməsi ,eləcə də stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyətinin artırılması düzgün olar .

Təhsildə olan digər problemlərdən biri də, dərsliklərin təkmilləşdirilməsi və müasir dövrə uyğunlaşdırılması xüsusən ali təhsil müəssisələrində sovet dövründən qalma dərsliklərin yeniləri ilə əvəz olunması , təhsildəki problemləri tam olmasada müəyyən qədər azalda bilər.

Digər bir problem isə kitabxanalarda bəzi kitabların kifayət olmamasıdır.

Ən önəmli problemlərdən biri də budur ki, bütün məktəblərin kurikulum sisteminə keçməsinə baxmayaraq , bütün məktəblərin bu standartlara cavab verə bilmir. Dinləmə cihazları yalnız bəzi məktəblərdə tam modelləşdirilib.

Bütün bunların olmasına baxmayaraq təhsilimiz öz dinamik yolunda inkişaf edir. Yada salsaq ki, 70 ildən çox sovet hakimiyyəti altında qalmışıq , onda son dövrlərdə təhsilimiz də gedən bütün dəyişiklikləri böyük inkişaf yolu adlandırmaq olar.

Hər bir ölkənin gücü də deyil ki, uzun müddətdən sonra öz inkişaf gücünü bu qədər uğurlu şəkildə düzəldə

Gələcə inamlı addımlarla

Bu yazı toplam 134 defa okunmuştur.
Yazarın Diğer Yazıları
Tüm Hakları Saklıdır © 2016 Özgür İstanbul | İzinsiz ve kaynak gösterilmeden yayınlanamaz.